`Korrupsiya hökm sürür` - İrəvan sakinlərinin etirafı
02:01 17 Aprel 2016
Korrupsiya təkcə rüşvət demək deyil, məmurların öz qohumlarına vəzifə paylayamağı da korrupsiyanın təzahürüdür.
Bunu İlk İnformasiya agentliyi ilə söhbəti zamanı İrəvan sakini deyib. "Bir xalq məsəlində deyilir ki, "balıq başından çürüyür", - o deyib.
İrəvanın digər sakininin sözlərinə görə, ölkədə hal-hazırda bütün qanunlar pozulur: "Məni evimdən məhrum etdilər, indiyədək bizim iş Avropa Məhkəməsindədir, hələ də heç bir cavab yoxdur. Bu ölkədə yaxşı bir şey gözləməyə dəyməz".
"Bizim ölkənin bu qədər kasıb olduğu zaman, bəziləri necə bu cür binalar tikə bilir, bu axı korrupsiyadır. Haradandır onlarda bu pullar, kimin üçün tikirlər? Mənimçün, yoxsa sizinçün? Əlbəttə ki, yox. Ordunu silahlandırmaq əvəzinə, hər yerdə korrupsiya, soyğunçuluq hökm sürür", deyə başqa bir sakin bildirib. (trend)
Oxunub: 896
Oxşar xəbərlər
- `Korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir`
- `Korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var` - Ombudsman
- `Korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur` - Fuad Ələsgərov
- `Korrupsiya Qavrama İndeksi`nin nəticələri şəffaf və etibarlı deyil - Kamal Cəfərov
- `Korrupsiya görə 70 nəfər tutulub` - Hərbi prokuror